BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri və xarici işlər nazirləri ilə İran məsələsinə dair görüş keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş sentyabrın 22-də Nyu-Yorkda baş tuta bilər. Danışıqlarda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman nümayəndələrinin iştirakı gözlənilir.
Görüşün əsas mövzusunun ABŞ-ın İranla müharibədən sonrakı strategiyaya dair təklifləri olacağı bildirilir. “Axios”un məlumatına görə, Tramp administrasiyası artıq müharibədən sonrakı regional strategiya üzərində işləyir.
Tərəflərin İranla bağlı regional təhlükəsizlik və müharibədən sonrakı vəziyyətə dair fikir mübadiləsi aparacağı gözlənilir.