BAKI, 17 sentyabr. TELEQRAF

Şimali Koreya Yaponiya və Cənubi Koreyanı nüvə silahı əldə etmək məqsədilə hərbi potensiallarını artırmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bunu Şimali Koreya müdafiə nazirinin müavini Kim Qan İl XIII Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Onun iddiasına görə, Tokio və Seul ABŞ-nin dəstəyi ilə hərbi imkanlarını genişləndirir və nüvə silahına sahib olmağa çalışırlar.

“Yaponiya və Cənubi Koreya xaotik beynəlxalq vəziyyətin təsiri altında, həddindən artıq ambisiyalara qapılaraq ABŞ-ın himayəsi ilə nüvə silahı əldə etmək məqsədilə hərbi güclərini artırırlar”, - Kim Qan İl deyib.