BAKI, 5 yanvar. TELEQRAF
"Zirə" qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək.
Teleqraf qəsəbə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu müddətdə komanda Antalyada 3 matça çıxacaq.
Rəşad Sadıqovun kollektivi yanvarın 12-də Rumıniyanın "Çiksereda", 16-da isə Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.