BAKI, 5 yanvar. TELEQRAF
Azərbaycan Premyer Liqası təmsilçisi "Araz-Naxçıvan” bu gün 2026-cı ildə ilk məşqinə çıxıb.
Teleqraf Naxçıvan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə keçirilən hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqə qatılıb, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.
Qeyd edək ki, qış fasiləsini Bakıda keçirəcək "qırmızı-ağlar" hazırlıq prosesi zamanı 3 yoxlama oyunu keçirəcək. "Araz-Naxçıvan" yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “Qəbələ” ilə qarşılaşacaq.