BAKI, 5 yanvar. TELEQRAF
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" portuqaliyalı baş məşqçi Ruben Amorimi istefaya göndərib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandanın turnir cədvəlinin altıncı pilləsində yer alması olub.
Bu həftə "Börnli" ilə keçiriləcək oyunda komandaya Darren Fletçer rəhbərlik edəcək.
Qeyd edək ki, "Mançester Yunayted" dünən İngiltərə Premyer Liqasının XX turu çərçivəsində səfərdə "Lids" ilə 1:1 hesablı heç-heçə edib. Ruben Amorim 2024-cü ilin noyabr ayında baş məşqçi təyin olunmuşdu. Ötən mövsüm "Mançester Yunayted" onun rəhbərliyi altında UEFA Avropa Liqasının finalına yüksəlib.