BAKI, 5 yanvar. TELEQRAF

Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsində heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.

Teleqraf "Sözcü"yə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bu mövqe üçün əsas hədəfi İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Emmanuel Aqbadudur.

"Qartallar" artıq 28 yaşlı müdafiəçi ilə müqavilənin detallarını razılaşdırıb.

"Beşiktaş" Aqbadu üçün Premyer Liqa klubuna 15 milyon avroluq təklif göndərib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında "Vulverhempton"da çıxış edir. O, cari mövsüm ərzində iştirak etdiyi 16 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.