BAKI, 4 yanvar. TELEQRAF
“Sumqayıt” ilə futbolçu Rauf Rüstəmli arasındakı anlaşmaya xitam verilib.
Teleqraf xəbər verir ki, bu barədə “kimyaçılar” sosial şəbəkə hesabında məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Sabah” klubuna geri dönüb.
“Sumqayıt” Rauf Rüstəmliyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rauf Rüstəmli 2025-ci ilin yayından “Sumqayıt”ın formasını geyinib.