BAKI, 3 yanvar. TELEQRAF

“Fənərbağça” mərakeşli futbolçusu Yussef En-Nesiri ilə bağlı qərarını verib.

Teleqraf “Türkiye” qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçu ilə yolları ayırmaq niyyətində deyil.

“Sarı-lacivərdlilər”in rəhbərliyi ərəb klublarından 35–40 milyon avro civarında təklif gözləsə də, En-Nesirinin yerini doldura biləcək konkret alternativ tapılmadığı üçün mərakeşli forvardla yoluna davam etməyə müsbət yanaşır.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm “Fənərbağça” forması ilə 25 rəsmi oyunda meydana çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.