BAKI, 26 dekabr. TELEQRAF
Türkiyənin “Beşiktaş” klubu futbolçular Necip Uysalla Mert Günoku satışa çıxarıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi hər iki üzvünə özlərinə yeni komanda tapmağı tapşırıb.
Uysalla Günok yeni klublar tapa bilməsələr, məşqlərini “Beşiktaş”da ayrı davam etdirəcəklər.
Qeyd edək ki, Necip Uysal 2009-cu, Mert Günok isə 2021-ci ildən “Beşiktaş”ın şərəfini qoruyur.