BAKI, 8 dekabr. TELEQRAF

Türkiyənin “Samsunspor” klubunun niderlandlı futbolçusu Entoni Musabanın avtomobili yanıb.

Teleqraf xəbər verir ki, hadisə Superliqanın XV turunda səfərdə "Qalatasaray"a 2:3 hesabı ilə uduzduqları oyundan qayıdarkən baş verib.

Belə ki, Musabanın Samsun Hava Limanından evinə getmək üçün icarəyə götürdüyü avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib. Hadisə nəticəsində futbolçuya heç nə olmasa da, avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, bu mövsüm Entoni Musaba “Samsunspor” forması ilə cari mövsümdə 18 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.