BAKI, 3 dekabr. TELEQRAF

Türkiyənin “Beşiktaş” klubu qış transfer dönəmində İtaliyanın “Torino” komandasının və Avstriya millisinin üzvü Valentino Lazaronu heyətinə qatmağa hazırlaşır.

Teleqraf İtaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçi üçün yanvar ayında ciddi addım atmağı planlaşdırır.

2023–2024 mövsümündən etibarən “Torino”nun formasını geyinən Lazaro ilə iki başqa klub da maraqlanlr. Qətər təmsilçisi “Al Duhail” və Almaniya Bundesliqasında çıxış edən “Union Berlin” təcrübəli sağ cinah müdafiəçisini transfer siyahısında saxlayır.

Avstriyalı futbolçunun “Torino” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Onun bazar dəyəri isə 4,5 milyon avrodur.

Qeyd edək ki, Valentino Lazaro bu mövsüm “Torino”nun heyətində 14 rəsmi oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.