BAKI, 25 noyabr. TELEQRAF

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olub.

Teleqraf xəbər verir ki, "Cüzeppe Pikkolo" stadionunda keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 4-cü dəqiqədə Kristian Raccioli açıb. 82-ci dəqiqədə isə Françisko Barido yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, qarşılaşma 61-ci dəqiqədə əlverişsiz hava şəraitinə görə dayandırılmışdı.

***

19:17

Görüşün baş hakimi Dominik Star oyunu bərpa edib.

***

19:05

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində İtaliyada "Napoli" klubu ilə oyunu əlverişsiz hava şəraitinə görə dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Matçın baş hakimi oyunun 61-ci dəqiqəsində şiddətli yağış səbəbindən futbolçuları paltardəyişmə otağına göndərib.

Qeyd edək ki, hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0. Hesabı 4-cü dəqiqədə Kristian Raccioli açıb.