BAKI, 17 noyabr. TELEQRAF
"Sən qol vurmusansa, rəqibin də vurmağa çalışır. Bu, futboldur, hamı qol vurub qələbə qazanmaq istəyir".
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşov evdə Fransaya 1:3 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə mərhələsinin matçı barədə danışarkən deyib.
26 yaşlı hücumçu görüşün 4-cü dəqiqədə vurduğu qoldan sonra baş verənləri bu cür şərh edib:
“Çətin oyun alındı. Düzünü demək lazımdır. Hamı bilir ki, rəqibimiz dünyanın ən yaxşı komandasıdır. İndi fokuslanmaq, komandanı gücləndirmək və növbəti oyunları düşünmək lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi qrupda cəmi 1 xal yığaraq DÇ-2026-ya vəsiqə şansını itirib.