BAKI, 15 noyabr. TELEQRAF

İsrail III Liqasında mübarizə aparan "Yermiyahu Holon" klubunun adı açıqlanmayan 17 yaşlı futbolçusu 99 il müddətinə diskvalifikasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyası qərar çıxarıb.

Cəzanın səbəbi rəqib futbolçunun soyunub-geyinmə otağında döyülməsi ilə bağlı insident olub. Hadisənin görüntüləri internetdə geniş yayılıb.

Klub dava faktını təsdiqləyib və futbolçunun heyətdən kənarlaşdırıldığını açıqlayıb. Bununla belə, klub hadisənin guya zərərçəkmiş tərəfindən təxribatla başladıldığını iddia edib.

Klubun mövqeyinə baxmayaraq, İsrail Futbol Assosiasiyasının intizam məhkəməsi adı açıqlanmayan futbolçunu noyabr 2124-cü ilədək futboldan uzaqlaşdırıb və onu 2500 şekel (təxminən 1150 manat) məbləğində cərimələyib.