BAKI, 6 noyabr. TEIEQRAF

Tanınmış mütəxəssis Daniele De Rossi İtaliya A Seriyası təmsilçisi “Cenoa”nın yeni baş məşqçi təyin olunub.

Teleqraf xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.

Mövsümün sonuna qədər davam edən anlaşma komanda A Seriyasında yerini qoruduğu təqdirdə uzadıla bilər.

Qeyd edək ki, Daniele De Rossi Genuya klubunda Patrik Viyeranı əvəzləyib. De Rossi daha əvvəl SPAL və “Roma” komandalarına rəhbərlik edib.