BAKI, 5 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında qonaqların vurduğu qol İngiltərə təmsilçisi üçün əlamətdar olub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində fərqlənən Eştevau London təmsilçisinin Çempionlar Liqası tarixində 350-ci qolunu vurub.
Bundan başqa, Eştevau “Çelsi” forması ilə Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.