BAKI, 5 noyabr. TELEQRAF
Qarşılaşma 2:2 hesabı ilə başa çatdı.
22:57
53-cü dəqiqədə "Çelsi" Qarnaçonun vurduğu qolla hesabı bərabərləşdirir - 2:2
22:49
"Qarabağ" - "Çelsi" matçında ikinci hissə başlayıb.
22:33
İlk hissə "Qarabağ"ın 2:1 hesablı üstünlüyü ilə başa çatdı.
22:23
38-ci dəqiqədə Yankoviçin penaltidən vurduğu qolla "Qarabağ" hesabda önə keçir - 2:1.
22:14
29-cu dəqiqədə Leandro Andradenin vurduğu qolla hesabı bərabərləşdirir - 1:1
22:01
16-cı dəqiqədə Eştevaunun vurduğu qolla "Çelsi" hesabı açır - 0:1
***
21:45
"Qarabağ" - "Çelsi" matçı start götürüb.
***
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Matçın baş hakimi avstriyalı Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliyanın “Benfika” klubunu 3:2, II turda Danimarkanın “Kopenhagen” komandasını 2:0 hesabı ilə məğlub edib, III turda isə İspaniyada “Atletik Bilbao”ya 1:3 hesabı ilə uduzub.