BAKI, 22 oktyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsindəki rəqiblərindən olan İtaliya "Napoli"si antirekorda imza atıb.

Teleqraf "Opta"ya istinadən xəbər verir ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv buna ÇL-nin III turunda səfərdə Niderlandın PSV klubuna 2:6 hesabı ilə uduzaraq nail olub.

Neapol təmsilçisi tarixində ilk dəfə Avropa matçında 6 qol buraxıb.

"Napoli" sonuncu dəfə 6 qolu 1997-ci ildə İtaliya A Seriyasında "Sampdoriya"ya (3:6) buraxıb.

Qeyd edək ki, "Qarabağ"la "Napoli" noyabrın 26-da üz-üzə gələcək.