BAKI, 16 sentyabr. TELEQRAF

Almaniyanın "Borussiya Münhenqladbax” klubu baş məşqçisi Xerardo Seoane ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Ağ-qaralar”ı müvəqqəti olaraq gənclər komandasının baş məşqçisi Oygen Polanski çalışdıracaq.

Qeyd edək ki, Xerardo Seoane 2023-cü ilin yayından "Borussiya"nın baş məşqçisi idi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Bundesliqanı 10-cu yerdə başa vurub.