BAKI, 24 iyun. TELEQRAF
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında mübarizəni dayandıran komandaların sayı 5-ə çatıb.
Teleqraf xəbər verir ki, bu, Panama yığmasının qrup mərhələsinin II turunda Xorvatiyaya 0:1 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.
Bu nəticədən sonra Panama millisi turnirdə ardıcıl ikinci məğlubiyyətini alaraq pley-offa yüksəlmək şansını itirib.
Beləliklə, Panama DÇ-2026 ilə vaxtından əvvəl vidalaşan beşinci komanda olub. Bundan əvvəl Türkiyə, Tunis, Haiti və İordaniya yığmaları da qrup mərhələsini keçmək şanslarını itirmişdilər. Həmin komandaların hamısının aktivində 0 xal var.
Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.