BAKI, 23 iyun. TELEQRAF

İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo karyerasını "Latsio"da davam etdirəcək.

Teleqraf xəbər verir ki, tərəflər arasında bağlanan müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Razılaşmaya əsasən, sözləşmənin müddəti daha bir mövsüm uzadıla bilər.

Məlumata görə, 48 yaşlı mütəxəssisin illik maaşı 1,5 milyon avro təşkil edəcək.

İtaliyalı çalışdırıcının son iş yeri ölkəsinin milli komandası olub. O, yığmanı 2026-cı il dünya çempionatına çıxara bilmədiyi üçün bu ilin aprel ayında vəzifəsindən ayrılıb.

Qeyd edək ki, "Latsio" ötən mövsüm A Seriyasında 38 oyundan 54 xal toplayaraq 9-cu yeri tutub və avrokuboklara vəsiqə qazana bilməyib.