BAKI, 24 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda Kolumbiya millisi Konqo Demokratik Respublikası yığmasını 1:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, qarşılaşmada yeganə qolu 76-cı dəqiqədə Daniel Munyos vurub.
Kolumbiya millisi səkkiz ildən sonra ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda sonuncu dəfə 2018-ci ildə Rusiyada keçirilən mundialda qrup lideri olmuş, 1/8 finalda isə İngiltərəyə penaltilər seriyasında məğlub olmuşdu.
İki turdan sonra K qrupuna 6 xalla Kolumbiya başçılıq edir. Portuqaliya 4 xalla ikinci, Konqo Demokratik Respublikası 1 xalla üçüncü, Özbəkistan isə xalsız sonuncu pillədə qərarlaşıb.
Qrup mərhələsinin son turunda Kolumbiya Portuqaliya, Konqo Demokratik Respublikası isə Özbəkistan millisi ilə qarşılaşacaq.
07:37
***
Futbol üzrə dünya çempionatının K qrupunda II turun Kolumbiya-Konqo Demokratik Respublikası oyunu keçirilir.
Teleqraf xəbər verir ki, qarşılaşmanın 76-cı dəqiqəsində Kolumbiya hesabda önə keçib.
06:51
***
Futbol üzrə dünya çempionatının K qrupunda II turun Kolumbiya-Konqo Demokratik Respublikası oyunu keçirilir.
Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz heç-heçə ilə bitib.
06:00
***
Futbol üzrə dünya çempionatının K qrupunda II turun Kolumbiya – Konqo Demokratik Respublikası oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Meksikanın Qvadalaxara şəhərində keçirilir.
Oyunun baş hakimi italiyalı FIFA referisi Mauritsio Marianidir.
Bu görüş K qrupunun II turu çərçivəsində keçirilir.