BAKI, 24 iyun. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid” İngiltərənin “Arsenal” klubunun italiyalı futbolçusu Rikkardo Kalafyorini transfer etmək istəyir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 24 yaşlı müdafiəçi üçün rəsmi təklif hazırlayır.

Lakin Premyer Liqa təmsilçisi oyunçunu satmaqda maraqlı deyil. London klubu Kalafyori üçün 100 milyon avro (təxminən 117 milyon dollar) təzminat tələb edir.

Qeyd edək ki, Rikkardo Kalafyori 2024-cü ilin yayında İtaliyanın “Bolonya” klubundan “Arsenal”a transfer olunub.