BAKI, 23 iyun. TELEQRAF
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Zirə" növbəti transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi Ayxan Hüseynovla anlaşıb.
26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, qarşıdakı mövsümlərdə "qartallar"ın uğurları üçün çalışacaq.
Ayxan Hüseynov karyerası ərzində Rusiyanın "Leninqradets", "Pari NN" (keçmiş "Nijni Novqorod"), "Ural", "Olimp-Dolqoprudnı" və "Ximki" klublarında çıxış edib. Futbolçu son olaraq Azərbaycanda "Turan Tovuz"un formasını geyinib.
Qeyd edək ki, "Zirə" yay transfer dövründə heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.