BAKI, 23 iyun. TELEQRAF

Kriştiano Ronaldu dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Özbəkistanla keçirilən matçda fərqlənərək 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub.

Ronaldu 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il mundiallarının hər birində fərqlənərək tarixə düşüb. Bu qolla onun dünya çempionatlarındakı ümumi qollarının sayı 9-a yüksəlib.