BAKI, 24 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Xorvatiya millisi Panama yığmasını 1:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilən qarşılaşmada yeganə qolu 54-cü dəqiqədə Ante Budimir vurub.
İki turdan sonra L qrupuna 4 xalla İngiltərə millisi başçılıq edir. Qana yığmasının da aktivində 4 xal var. Xorvatiya 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Panama millisi isə pley-off mərhələsinə yüksəlmək şansını itirib.
Qrup mərhələsinin son turunda Panama İngiltərə, Xorvatiya isə Qana millisi ilə üz-üzə gələcək. Oyunlar iyunun 28-nə keçən gecə keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq. Yarışın son qalibi Argentina millisidir.