BAKI, 23 iyun. TELEQRAF

"Kəpəz" klubu yeni baş məşqçisinin adına aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla razılıq əldə edib.

50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Tərəflər arasında bağlanacaq müqavilə mövsümün sonunadək qüvvədə olacaq.

Qeyd edək ki, Azər Məmmədov daha əvvəl də "Kəpəz"ə rəhbərlik edib. O, 2023-cü ildə Gəncə klubunun baş məşqçisi olub.