BAKI, 24 iyun. TELEQRAF
İngiltərə millisinin futbolçusu Cud Bellinqem yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatında Qana ilə oyunda start heyətində yer alaraq İngiltərə millisində 50-ci matçına çıxıb.
Bellinqem bununla İngiltərə millisində 50 oyun həddinə çatan ən gənc futbolçu olub. O, bu göstəricidə Ueyn Runinin rekordunu geridə qoyub.
“Real”ın yarımmüdafiəçisi 50-ci oyununa 22 yaş 359 günlüyündə çıxıb. Runi isə İngiltərə millisində 50-ci matçını 23 yaş 159 günlüyündə keçirmişdi.
Qeyd edək ki, Bellinqemin İngiltərə millisində keçirdiyi 50 oyunun 34-də start heyətində meydana çıxıb.
