BAKI, 24 iyun. TELEQRAF
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan üzərində 5:0 hesablı qələbədən sonra jurnalistin Lionel Messi ilə bağlı sualını cavablandırmayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ronaldo Özbəkistan millisi ilə oyunda iki qol vuraraq dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu olub.
Jurnalistin Messi ilə bağlı sualına isə portuqaliyalı ulduz qısa şəkildə "Növbəti sual" cavabını verib.
Qeyd edək ki, daha əvvəl Messi dünya çempionatlarında vurduğu qolların sayına görə Miroslav Klozenin rekordunu geridə qoyub. Argentinalı hücumçunun mundiallarda qol sayı 18-ə yüksəlib. O, davam edən turnirdə keçirdiyi iki oyunda beş dəfə fərqlənib.