BAKI, 13 sentyabr.

Azərbaycan Premyer Liqasının IV turunun ikinci oyun günündə “İmişli” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Baş hakim Tural Qurbanovun idarə etdiyi oyunda yeganə qol 72-ci dəqiqədə Mehdi Cənnətovun avtoqolu ilə qeydə alınıb. Lakin Aran təmsilçisi 67-ci dəqiqədə adı protokolda olmayan futbolçusu İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alacaq

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.