BAKI, 11 sentyabr. TELEQRAF

“Turan Tovuz” portuqaliyalı futbolçu Xorxe Silvanı transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub. Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.