BAKI, 24 iyun. TELEQRAF

“Güləşlə də məşğul oluram. Masallı və Sumqayıtın güləş bazası Braziliyadan çox yaxşıdır (gülür-red.). Bir sözlə, güləşmək lazım olsa, inanıram ki, rəqibi nakaut edə bilərəm”.

Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin azərbaycanlı iştirakçısı Tahir Abdullayev mətbuat konfransında deyib.

O, 5 gün əvvəl rəqibi braziliyalı Ceferson Nasimentoya qarşı Bakıdakı döyüşdə iştirakının təsdiqlənməsindən danışıb: Mənə əvvəl Abu-Dabidə döyüşməli olduğumu demişdilər. Sonra zəng etdilər ki, Bakıdakı turnirdə iştirak edəcəksən. Bunun mənim üçün fərqi yoxdur. Mən həmişə çalışmışam, xüsusilə də dünyanın bu hissəsində yaşadığım üçün yaxşı döyüşlər tapmaq, yaxşı promouşnlarda çıxış etmək, döyüşlərdən pul qazanmaq burada həmişə çətin olub. Ona görə də dünyanın ən yaxşı promouşnunda olduğum üçün çox xoşbəxtəm. Amma mən heç vaxt kifayət qədər vaxt almamışam, heç vaxt böyük hazırlıq düşərgəm olmayıb. Buna baxmayaraq, həmişə çox maraqlı və əyləncəli döyüşlər göstərmişəm. Ona görə düşünürəm ki, bu çoxdan gələn bir şey idi və UFC uzun müddətdir məni izləyirdi. Əslində məni daha əvvəl müqavilə ilə bağlamalı idilər. Sadəcə olaraq, bütün karyeram boyunca mənə fürsətlər həmişə döyüşə 15–20 gün qalmış verilib. Yəni mənim üçün həmişə qısa müddətli təkliflər olub.

Hər bir halda qələbə qazanmağa çalışacağam. Çox şadam ki, UFC-dəyəm. Sevincimin həddi hüdudu yoxdur. Çox sevinirəm ki, bizim millət azərbaycanlı döyüşçüyə belə dəstək göstərir. Mən bunu uzun müddətdir edirəm. Nəhayət debüt edə bildiyim üçün xoşbəxtəm və bunu öz şəhərimdə, öz azarkeşlərimin, öz insanlarımızın qarşısında edə bilmək böyük şərəfdir. Nəhayət bunu etmək üçün həqiqətən çox həyəcanlıyam.

Ola bilər rəqiblər boy baxımdan mındən üstün ola bilər. Amma güc cəhətdən deyil. Sosial şəbəkələrdə yazırlar, rəqib üstündür. Amma belə olmadığını göstəricilərim sübut edir”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.