SABİRABAD, 24 iyun. TELEQRAF

Dövlət Proqramında pambıq istehsalının artırılması məqsədilə texnika və qoşquların alışı üçün güzəştlər nəzərdə tutulub. Bundan əlavə, götürülmüş kreditlərin faizlərinin dövlət tərəfindən subsidiyalaşdırılması planlaşdırılır.

Bu sözləri kənd təsərrüfatı nazir Məcnun Məmmədov pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə çərçivəsində Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşının sualına cavabda bildirib.

"Lazer mala istifadə edəcək fermerlərin sahələrinin əlavə subsidiyalaşdırılması və müasir aqrotexniki tədbirləri tətbiq edən, müasir suvarma altında və lazer mala tətbiq etmiş və sertifikatlı toxumdan istifadə edən fermerlərin məhsullarının daha yuxarı əmsalla subsidiyalaşdırılması planlaşdırılır. Bundan əlavə, həm iplik, həm mahlıc istehsalçılarına məhsul subsidiyası veriləcək".