BAKI, 24 iyun. TELEQRAF

SABİRABAD, 24 iyun. TELEQRAF

Müasir suvarma altında 6000 hektardan bir az artıq əkin sahəsi var. Bu o deməkdir ki, biz 100 min hektarın cəmi 6000 hektarından əldə olunmuş pambığı daha yuxarı əmsalla subsidiyalaşdırmışıq.

Bu sözləri kənd təsərrüfatı nazir Məcnun Məmmədov pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə çərçivəsində Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşının sualına cavabda bildirib.

"Bizim hədəfimiz 2030-cu ildə müasir suvarma altında əkinləri 6000 hektardan 42 min hektara çatdırmaqdır. Əlbəttə ki, fermerlər müasir suvarmaya yatırım etdikcə və sahələr genişləndikcə ordan aldıqları pambıq məhsuluna daha yüksək əmsalla subsidiya əldə edə biləcəklər", - deyə qeyd edib.