BAKI, 24 iyun. TELEQRAF

“İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün davam etdirilməsi perspektivi KTMT-nin ali rəhbərliyi tərəfindən ətraflı müzakirə ediləcək”.

Teleqraf xəbər verir ki, bunu KTMT Daimi Şurasının sədri Viktor Vasilyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda deyib.

“Əlbəttə, Ermənistanın KTMT-də gələcək üzvlüyü məsələsi də, təşkilatın ali rəhbərliyi tərəfindən ən diqqətli şəkildə nəzərdən keçiriləcək və müzakirə olunacaq”, - o bildirib.