BAKI, 24 iyun. TELEQRAF
“Qərb ölkələrinin Ermənistandakı qeyri-dost hərbi və siyasi fəaliyyətləri regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda KTMT Daimi Şurasının sədri Viktor Vasilyev deyib.
“Ermənistanda keçiriləcək seçkilər də nəzərə alınmaqla, Cənubi Qafqazdakı vəziyyət üzərində ayrıca dayanmaq lazımdır. ABŞ-nin guya Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək planları, Avropa İttifaqı ölkələrinin Ermənistanı öz hərbi strukturlarına daxil etmək niyyətləri və bölgədəki digər qeyri-dost addımlar nəticədə gərginliyin daha da artmasına səbəb olacaq. Vəziyyəti izləyirik”, - o bildirib.