BAKI, 24 iyun. TELEQRAF

Özbəkistan ingilis qanunlarına əsaslanan məhkəmə yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva bildirib.

PA rəhbəri qeyd edib ki, ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi qanunun aliliyini gücləndirməli və investorlar üçün güvənirliyi artırmalıdır.

Özbəkistan üçün xüsusilə maraqlı olan Qazaxıstan təcrübəsidir, burada artıq Astana Beynəlxalq Maliyyə Mərkəzinin strukturunda ingilis hüquqi prinsiplərinə əsaslanan müstəqil məhkəmə sistemi fəaliyyət göstərir.

Daşkənd ümid edir ki, ən yaxşı regional və beynəlxalq təcrübələrdən istifadə biznes və beynəlxalq investorlar üçün müasir hüquqi infrastruktur yaradacaq, ölkənin investisiya məkanı kimi rəqabət qabiliyyətini artıracaq.