BAKI, 24 iyun. TELEQRAF

“Qələbə olacağı təqdirdə bunu ailəmə, azarkeşlərimə, Azərbaycanda və Braziliyada məni sevənlərə, sevməyənlərə həsr edəcəyəm”.

Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı Mateus Kamilo mətbuat konfransında deyib.

O, rəqibi azərbaycanlı Nazim Sadıxova qarşə qələbə qazanmaq istəyindən danışıb:

“Şənbə günü axşam siz çox gözəl döyüş görəcəksiniz. Tam hazıram. Mənim böyük arzum, dünya çempionu olmaqdır. Ən böyük motovasiyam budur”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.