BAKI, 24 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Inditex Group" şirkətinin baş direktorunun müavini ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Dövlət başçısı şirkətin Qazaxıstandakı fəaliyyətini genişləndirmək və ölkəni Mərkəzi Asiyada əsas tranzit-logistika qovşağına çevirmək planlarını müsbət qarşılayıb.
Kasım-Jomart Tokayev, həmçinin şirkətə Qazaxıstanda toxuculuq sənayesi üzrə istehsal gücləri yaratmağı təklif edib.
Qeyd edək ki, "Zara", "Pull&Bear", "Massimo Dutti" və "Bershka" kimi brendlərin sahibi olan "Inditex" hazırda Almatı və Karaqanda aeroportlarının bazasında regional logistika mərkəzi formalaşdırır.