BAKI, 24 iyun. TELEQRAF
Ermənistanda fəaliyyət göstərən “HayQve” birliyinin koordinatoru Avetik Çələbyanə qarşı cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, A. Çələbyana qarşı Cinayət Məcəlləsinin 43-210-cu maddəsinin 2-ci hissəsinin 5-6-cı bəndləri üzrə (Bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma əsasında, vəzifə və ya xidməti səlahiyyətlərdən, yaxud həmin səlahiyyətlərin yaratdığı təsir imkanlarından istifadə etməklə seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıq) cinayət işi başlanıb.
İstintaq zamanı onun seçki mövuzusunda xarici ölkələrin nümayəndələri ilə görüşdüyü də müəyyən olunub.
Birliyin rəhbəri saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunub.
Cinayət işi üzrə ibtidai istintaq davam edir.