BAKI, 11 sentyabr. TELEQRAF

“Zirə” yeni futbolçuyla anlaşıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Enrike Kustodionu heyətinə qatıb.

Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.