BAKI, 26 avqust. TELEQRAF

“Qarabağ" yeni transferini rəsmiləşdirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı futbolçu Kamilo Duranı heyətinə qatıb.

23 yaşlı cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, "köhlən atlar"da 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Kamilo Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.