BAKI, 21 avqust. TELEQRAF

İtaliya "Milan"ının futbolçusu Noa Okafor İngiltərənin "Lids Yunayted" klubuna keçib.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı isveçrəli hücumçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

"Transfermarkt" portalının məlumatına görə, transferin qiyməti 19 milyon avro təşkil edib.

Qeyd edək ki, Noa Okafor 2023-cü ildə "Milan"ın şərəfini qoruyurdu. O, ötən mövsümünün ikinci yarısını "Napoli"də keçirib.