BAKI, 10 avqust. TELEQRAF

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Artur Masuaku İngiltərə "Sanderlend"inə keçib.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Artur Masuaku 2022-ci ildən "Beşiktaş"ın şərəfini qoruyurdu. O, ötən mövsüm ərzində meydana çıxdığı 47 oyunda 1 qol və 10 məhsuldar ötürmə müəllifi olub.