BAKI. 2 avqust. TELEQRAF

"Qəbələ" və "İmişli" komandaları arasında yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

İlk yarını "İmişli" öndə tamamlasa da, "qırmızı-qaralar" son dəqiqələrdə vurduğu qollarla əzmkar qalibiyyət əldə edib.