BAKI, 24 aprel. TELEQRAF

Rusiya müdafiə naziri Andrey Belousov Moskvada rəsmi səfərdə olan Çin müdafiə naziri admiral Donq Çyan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Daim dəyişən hərbi-siyasi vəziyyət kontekstində ikitərəfli hərbi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu, regional və qlobal təhlükəsizliyin əsas elementlərindən biridir", - deyə Rusiya müdafiə naziri qeyd edib.

Andrey Belousov əmin olduğunu bildirib ki, bugünkü danışıqlar mövqeləri aydınlaşdırmaq və iki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində gələcək addımları müəyyən etmək üçün fürsət yaradacaq.

Çin Xalq Respublikasının müdafiə naziri admiral Donq Çun öz növbəsində Çin-Rusiya münasibətlərinin həmişə düzgün yolda və yüksək səviyyədə inkişaf etdiyini qeyd etdi.