BAKI. 13 iyun. TELEQRAF

İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudorla müqaviləni uzadıb.

Teleqraf Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı xorvatiyalı mütəxəssislə 30 iyun 2027-ci ilədək yeni anlaşma əldə olunub.

Sözləşmə sonradan daha bir uzadıla bilər.

Tudor komandaya martın sonlarında baş məşqçi təyin olunub. Klub iyunun 15-də ABŞ-da start götürəcək dünya çempionatına qatılacaq.

Qeyd edək ki, "Yuventus" 2024/2025 mövsümünü 4-cü pillədə başa vurub. Komanda 38 oyuna 70 xal toplayıb. 82 xal yığan "Napoli" çempion olub.