BAKI, 16 aprel. TELEQRAF
Futbol üzrə Azərbaycan II Liqasında XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşdüyünə görə matç saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "Şəmkir" 20 oyundan sonra 35 xalla 5-ci, "Kür-Araz" isə 29 xalla 8-cidir.