
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, “Eqnatiya” 34-cü turda səfərdə “Partizani”yə uduzub – 0:1.
Zamiq Əliyev start heyətində yer alıb və sona qədər meydanda olub.
“Eqnatiya” məğlub olmasına baxmayaraq, liderliyini qoruyur. Əliyevin komandası 58 xalla ən yaxın rəqibləri “Dinamo Tirana” və "Vlazniya"nı 3 xal qabaqlayır.