
TOVUZ, 12 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXX turun ikinci günündə “Turan Tovuz” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada hesabı 14-cu dəqiqədə qonaqların futbolçusu Anatoli Nuriyev açıb. Meydan sahiblərindən 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-də isə Joarlem Santos fərqlənib.
Tovuz şəhər stadionunda baş tutan matçın 19-cu dəqiqəsində “bozqurdlar”ın baş məşqçisi Kurban Berdiyev, 45+2-ci dəqiqədə isə Pavel Şafranko meydandan qovulub.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası xallarını 47-ə çatdıraraq, 3-cü pillədə yer alan “Araz-Naxçıvan”la xal fərqini 4-ə çatdırıb. “Sabah” 36 xalla 5-ci pillədə qərarlaşır.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” səfərdə “Səbail” i 4:1 hesabı ilə darmadağın edib.